SOSİUM

Yağış yağacaq, şimşək çaxacaq – HAVA PROQNOZU
08 İYUN
273

Yağış yağacaq, şimşək çaxacaq – HAVA PROQNOZU

2018-06-08 12:59:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:

Bakıda və Abşeron yarımadasında

İyunun 09-dahava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə  və səhər  bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.  Mülayim şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 17-19, gündüz 24-28,  Bakıda gecə 17-19, gündüz 25-27 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 50-60faiztəşkil edəcək.

Abşeron çimərliklərində

İyunun 09-daşimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba)mülayim şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə  əvəz olunacaq. Dəniz suyunun temperaturu 20-21 dərəcə isti təşkil edəcək.

Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx)mülayim şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.Dəniz suyunun temperaturu 21-22 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında

İyunun 09-dabəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı ehtimalı var. Gecə və səhər arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 14-19, gündüz 24-29, dağlarda gecə 7-11, gündüz 12-17 dərəcə istiolacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz

İyunun 09-da Abşeron yarımadasında komfort temperatur şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9423
  • ₽ RUB
    0.0253