SOSİUM

“Nizami Gəncəvi adına Qızıl medal”ın təqdim edilməsi mərasimi keçirilib
08 İYUN
198

“Nizami Gəncəvi adına Qızıl medal”ın təqdim edilməsi mərasimi keçirilib

2018-06-08 12:26:00

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) bu gün keçirilən ümumi yığıncağında “Nizami Gəncəvi adına Qızıl medal”ın təqdim edilməsi mərasimi keçirilib.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Fins.az-ın məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə bildirib ki, medalın verilməsi məqsədilə müsabiqədə iştirak etmək üçün adları irəli sürülmüş alimlər haqqında təqdimatlar müvafiq sənədlərlə birlikdə Ekspert Komissiyasına təqdim olunub. "Qızıl medal"a layiq görülən namizədlərin adları seçilərək onlar haqqında rəylər daha sonra Rəyasət Heyətinə təqdim edilib.

A.Əlizadə deyib ki, dəniz neft və qaz-kondensant yataqlarının axtarışı, kəşfiyyatı və işlənilməsinin aktual problemlərinə həsr edilən fundamental elmi tədqiqatlarına, Xəzər dənizində neft və qaz yataqlarının kəşf olunması və Azərbaycanda neft sənayesinin inkişafında böyük xidmətlərinə görə AMEA-nın həqiqi üzvü Xoşbəxt Yusifzadə və müasir plazma fizikasının yaradılmasına verdiyi fundamental elmi töhfələrinə görə Rusiya Elmlər Akademiyasının həqiqi üzvü Roald Saqdeyev "Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı" ilə təltif edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9921
  • ₽ RUB
    0.0273