SOSİUM

ETSN plastik tullantıların təkrar istehsalı ilə bağlı təkliflər hazırlayacaq
08 İYUN
186

ETSN plastik tullantıların təkrar istehsalı ilə bağlı təkliflər hazırlayacaq

2018-06-08 12:02:00

"Azərbaycanda plastik qablar və polietilen torbaların istehsalı var. Ancaq təəssüflər ki, bu məhsullar ölkəmizdə istehsal olunsa da, istifadə edildikdən sonra geri alınmır". 

ins.az xəbər verir ki, bunu mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Adil Zeynalov deyib. 

Onun sözlərinə görə, Azərbaycanda plastik tullantıların geri alınması, yenidən istehsalı mexanizmi qurulmayıb: "Plastik qablar və torbalar təkrar istehsal olunmadığından onların sayı durmadan artır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu problemlə əlaqədar yaxın gələcəkdə təkliflər hazırlayacaq". 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256