SOSİUM

Marsda həyat izi aşkarlandı
08 İYUN
227

Marsda həyat izi aşkarlandı

2018-06-08 10:32:00

ABŞ, Fransa və Meksikadan olan beynəlxalq alim qrupu Mars planetinin üç milyard il yaşda olan gil yataqlarında üzvi molekullar və uçan birləşmələrin aşkarlandığını elan edib.

Fins.az xəbər verir ki, elmi araşdırmanın nəticələri “Science” jurnalında dərc olunub.

Mütəxəssislər “Mars Science Laboratory”  missiyası çərçivəsində Qeyl kraterinin iki müxtəlif yerindən “Curiosity” roverinin götürdüyü torpaq nümunələrini təhlil edib. Rover nümunələri 500-850 dərəcə qızdıraraq, ayrılan molekulları müəyyən edib.

Alimlərin dediyinə görə, nəticədə tiofen, 2- və 3-metiltiofen, metantiol və dimetilsulfid kimi üzvü maddələr ortaya çıxıb. Bundan başqa hidrogen sulfid, kükürd dioksidi, molekulyar oksiqen və karbon qazı aşkarlanıb.

Tədqiqatçılar hesab edirlər ki, aşkarlanmış molekullar daha böyük birləşmələrin fraqmentləri ola bilər. Onlar nə vaxtsa yaşamış canlı məxluqlardan və  ya da meteorit toqquşması və ya geoloji proseslər, o cümlədən vulkanlar və ya hidrotermal aktivlikdən qaynaqlana bilər.

Dəqiq mənşəyi müəyyənləşdirmək çox çətindir. Belə ki, onların bioloji təbiətinin dəqiq əlamətlərinin radiasiya və ya diaqenez nəticəsində yoxa çıxdığı ehtimal edilir. 

Planetoloqların fikrincə, üzvü maddələr Marsda yerin dərin qatlarında (ionlaşma və oksidləşmə təsirlərinin daha zəif olduğu qatlarda) daha yaxşı qalıb.

© Oxu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256