SOSİUM

Xaçmazda qanunsuz yolla əldə edilən fıstıq cinsli meşə materialı aşkarlanıb
08 İYUN
266

Xaçmazda qanunsuz yolla əldə edilən fıstıq cinsli meşə materialı aşkarlanıb

2018-06-08 09:29:00

 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən respublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi, daşınması və satışı hallarının qarşısının alınması məqsədilə növbəti reyd keçirilib.

Bu barədə Fins.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Xaçmaz rayonu ərazisində keçirilən reyd zamanı Çinartala kəndi ərazisində Zeynəddin Daşdəmirova məxsus yeşik hazırlanan sexdə qanunsuz yolla əldə edilmiş 4,1 m3 həcmində fıstıq cinsli meşə materialı aşkar edilib.

Faktla bağlı sexin sahibi barəsində akt tərtib edilib və ona təbiətə dəyən 709 manat məbləğində ziyan tətbiq olunub.

Eləcə də bax: Yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi üçün hazırlıq işləri NƏ YERDƏDİR?

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9424
  • ₽ RUB
    0.0256