SOSİUM

Vakant vəzifələr üzrə ən yüksək müsabiqə vəziyyətinin yarandığı qurumların adı açıqlanıb
07 İYUN
235

Vakant vəzifələr üzrə ən yüksək müsabiqə vəziyyətinin yarandığı qurumların adı açıqlanıb

2018-06-07 09:46:00

11 dövlət orqanında inzibati vəzifələrin A və B növü üzrə 28 vakant vəzifənin tutulması üçün ümumi müsahibə elanı üzrə sənəd qəbulu 22 iyun saat 18:00-dək davam edəcək.

Dövlət İmtahan Mərkəzindən Fins.az-ın verilən məlumata görə, ümumi müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifələr inzibati vəzifələrin 3-cü təsnifatına uyğun olan Energetika Nazirliyində Aparat rəhbərinin müavini, inzibati vəzifələrin 4-cü təsnifatına uyğun olan Energetika Nazirliyində Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, həmin Şöbənin müdir müavini-sektor müdiri, İnsan resursları və dövlət qulluğu şöbəsinin müdir müavini-sektor müdiri, Strateji proqramlar və islahatlar şöbəsinin müdirinin müavini, inzibati vəzifələrin 5-ci təsnifatına uyğun olan Energetika Nazirliyinin İnsan resursları və dövlət qulluğu şöbəsində Dövlət qulluğu sektorunun müdiri və Çağrı Mərkəzi sektorunun müdiri vəzifələridir.

Ən yüksək müsabiqə vəziyyəti isə, Energetika Nazirliyinin İnsan resursları və dövlət qulluğu şöbəsində Dövlət Qulluğu sektorunun müdiri (1 vakant yerə 3 müraciət), Strateji proqramlar və islahatlar şöbəsində baş məsləhətçi (1 vakant yerə 3 müraciət), Hesablama Palatasının Ümumdövlət xidmətləri üzrə digər sahələrin auditi sektorunda məsləhətçi (1 vakant yerə 5 müraciət) vəzifələri üzrə müşahidə edilir.

 

Əlavə olaraq qeyd edək ki, Maliyyə Nazirliyi (4 vakant vəzifə), Əmlak Məsələləri Dövlət Komitəsi (2 vakant vəzifə), Şirvan Apellyasiya Məhkəməsi (3 vakant vəzifə), Şabran Rayon Məhkəməsi (2 vakant vəzifə) və Kəlbəcər Rayon Məhkəməsi (1 vakant vəzifə) tərəfindən təqdim edilən vakant vəzifələr üzrə ümumi müsahibələrdə iştirak etmək məqsədilə heç kəs müraciət etməyib.

Ümumi olaraq, 11 dövlət orqanında 28 vakansiya üzrə 22 müraciət qeydə alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256