SOSİUM

Ölkə üzrə vəkillərin sayı – AÇIQLANDI
06 İYUN
220

Ölkə üzrə vəkillərin sayı – AÇIQLANDI

2018-06-06 11:18:00

Bu gün Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin üzvləri, yerli və beynəlxalq təşkilatların, həmçinin KİV nümayəndələrinin iştirakı ilə “Vəkilliyin "Elektron Məhkəmə" İnformasiya Sisteminə inteqrasiyası” mövzusunda tədbir keçirilib.

Fins.az-ın xəbərinə görə, VK-nın sədri Anar Bağırov deyib ki, məhkəmə-hüquq sistemində vəkillik təsisatının rolunun təkmilləşdirilməsi və müasirləşdirilməsi sahəsində görülən işlər böyük əhəmiyyət kəsb edir. 

Qeyd olunub ki, Azərbaycan Prezidentinin 22 fevral 2018-ci il tarixli “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamı ilə Vəkillər Kollegiyasının və vəkillərin fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini və hüquqi xidmətlərin elektron formada göstərilməsi təcrübəsini genişləndirmək üçün vəkilliyin vahid elektron informasiya sisteminin təşkili və bu sistemin “Elektron Məhkəmə” İnformasiya Sisteminə inteqrasiyası istiqamətində tədbirlər görülməsi VK-na tövsiyə olunub. Bu istiqamətdə aparılan tədbirlər çərçivəsində cari ilin yanvar ayından etibarən VK-nın vəkillərin və vətəndaşların bütün tələblərinə və maraqlarına cavab verən rəsmi veb-saytı hazırlanıb və istifadəyə verilib. Saytın hazırlanmasında qabaqcıl Avropa təcrübəsindən yararlanılıb. Saytda vəkillərlə mütəmadi və operativ əlaqənin təmin olunması üçün şəxsi kabinetlər yaradılıb, bu kabinetlər vasitəsilə vəkillərin Rəyasət Heyəti ilə zəruri məlumat mübadiləsi sürətləndirilib.

Sonra Ədliyyə Nazirliyinin Elektron Məhkəmə İnformasiya Sistemi İşçi Qrupunun rəhbəri Ramin Qurbanov “E-məhkəmə” informasiya sistemi” mövzusunda çıxış edib, "Elektron Məhkəmə" sisteminin səmərəliliyi və üstünlükləri, o cümlədən vəkillər üçün əhəmiyyəti barədə tədbir iştirakçılarına məlumat verib.

Tədbirdə həmçinin VK Rəyasət Heyəti Aparatının əməkdaşı Sənan Şirinov tərəfindən VK-nın rəsmi veb-səhifəsində yaradılıb, “vəkil kabineti” təqdim edilib, ondan istifadə qaydaları, üstünlükləri və gətirdiyi yeniliklər barədə ətraflı məlumat verilib.

VK-nın sədri A.Bağırov bildirib ki, ölkədə məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi və müasirləşdirilməsi sahəsində görülən işlər çərçivəsində vəkillik institutunun inkişaf etdirilməsi istiqamətində aparılan tədbirlər davam etməkdədir.

Daha sonra 89 nəfər vəkilliyə namizəd qanunvericilklə nəzərdə tutulmuş qaydada vəkil andı içib, onlara yeni nəsil VK üzvünün vəsiqəsi təqdim edilib.

Beləliklə, ölkə üzrə vəkillərin ümumi sayı 1202-yə çatıb. 

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9423
  • ₽ RUB
    0.0253