SOSİUM

Bu planetdə donmuş təpələr aşkarlandı
06 İYUN
303

Bu planetdə donmuş təpələr aşkarlandı

2018-06-06 10:57:00

ABŞ-ın Aeronavtika və Kosmik Fəzanın Tədqiqi Agentliyinin (NASA) 2015-ci ildən kosmosda olan “New Horizons” kosmik gəmisi Pluton planetindəki ürəkşəkilli azot buz dağlarının kənarlarında apardığı müşahidələr zamanı donmuş metan tərkibli qum təpələri aşkar edib.

Fins.az Axar.az-a istinadən xəbər verir ki, Briqhem Yanq Universitetinin professoru Yani Radebo Yerdən çox uzaq və soyuq olan Pluton planetindəki maraqlı proseslərin astronomların diqqətini cəlb etdiyini deyib. Təxminən 2 min kilometrədək uzanan qum təpələri Tokio şəhərinin ərazisinə bərabərdir. Planetdə nazik atmosfer qatının mövcudluğu ehtimalını da gündəmə gətirən alimlər bildirirlər ki, bu təpələrin yaranması buz dağlarının arasında hava axınının yaratdığı küləklərlə izah edilir. Belə ki, Plutonda saatda 35 kilometr sürətlə əsən küləklər 5 kilometr hündürlükdə olan buz dağlarının yaxınlığında donmuş metan qum dənəciklərindən ibarət təpələr yaradır.

Diametri Yer kürəsinin peyki Aydan 2380 kilometr kiçik, orbiti Günəşdən 5,8 milyard kilometr uzaqlıqda olan Plutonun səthi dağlar, krater və dərələrdən ibarətdir. Yerdə də mövcud olan metan və azot qazları bu planetdə mütləq sıfır dərəcəsinə bərabər temperatur şəraitində donmuş vəziyyətdə olur.

Tədqiqatın rəhbəri Matt Telfer bildirib ki, astronomlar Plutonda belə güclü külək yaradacaq amillərin olduğunu bilmirdilər. Onun sözlərinə görə, Plutonda baş verən proseslərin tam öyrənilməsi sayəsində kainatla bağlı bir çox suallara aydınlıq gətirmək mümkün olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256