SOSİUM

Zaqatalada zəlzələ nəticəsində fərdi evlər, sosial obyektlər zərər çəkib, dəyən ziyan müəyyənləşdirilir
06 İYUN
633

Zaqatalada zəlzələ nəticəsində fərdi evlər, sosial obyektlər zərər çəkib, dəyən ziyan müəyyənləşdirilir

2018-06-06 10:13:00

Zaqatalada baş vermiş zəlzələ nəticəsində dəyən ziyan müəyyənləşdirilir.

Bunu Zaqatala rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Tofiq Əhmədov deyib.

Onun sözlərinə görə, dünən Zaqatala şəhərindən 24 km aralıda - cənub istiqamətində təqribən 6 bal gücündə zəlzələ baş verib:

“İnsanlar arasında ciddi xəsarət alma və ölüm halları yoxdur. Təsərrüfat tikililərinə, həyətyanı torpaq sahələrinin divar hasarlarına ziyan dəyib, evlərdə çatlar əmələ gəlib. Hazırda müraciətlər qeydə alınır. Episentr olan ərazidə yaşayış olsa da, o kəndlərdən hələlik bizə müraciət daxil olmayıb”.

Hazırda Zaqatala rayon Fövqəladə Hallar Komissiyasının ərazidə işlədiyini deyən T.Əhmədov bildirib ki, İcra Hakimiyyəti gücləndirilmiş iş rejiminə keçib.

 

O qeyd edib ki, rayonun daha çox Əliabad, Gözbarax, Yuxarı Tala, Yeni Suvagil, Lahıc kəndlərində evlərdə çatlar yaranıb:

“Demək olar ki, bütün kəndlərdə zəlzələnin təsiri olub. Dağılma halları olmasa da, həm fərdi yaşayış evləri, həm də sosial obyektlər zərər çəkib. Qəza təhlükəsi yoxdur, amma çatlar yaranıb. Tikililərin qəzalılıq səviyyəsini Fövqəladə Hallar Komissiyasının komissiyaları müəyyən edəcək. İlkin baxışda isə təhlükəli heç nə yoxdur”.

T.Əhmədov hazırda rayonda normal iş həyatının, məktəblərdə tədris prosesinin davam etdiyini də söyləyib:

“Rayondakı məktəblərin binası demək olar ki, hamısı yeni tikilib, ona görə də heç bir problem yoxdur. Məktəblərdə dərslər davam edir, bütün xidmətlər gücləndirilmiş iş rejimi lə çalışır. İşıq, qaz və suyun verilməsində fasilləər yaranmayıb”.

Eləcə də bax: İctimai Televiziya və Radio Yayımları Şirkətində yeni kadr təyinatları olub

© Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256