SOSİUM

Hazırlıq qrupları sentyabrdan açılacaq - Ödənişləri bu qurum müəyyən edəcək
05 İYUN
275

Hazırlıq qrupları sentyabrdan açılacaq - Ödənişləri bu qurum müəyyən edəcək

2018-06-05 12:50:00

 "Təhsil haqqında"qanuna edilən dəyişikliyə görə, universitetlərin nəzdində hazırlıq qruplarının yaradılması nəzərdə tutulub.

Hazırlıq qruplarına ali məktəblərə qəbul imtahanlarında keçid balını keçməyən, aşağı nəticə göstərərək ixtisas seçiminə buraxılmayan abituriyentlərin qəbulu nəzərdə tutulub. 

14 iyun 2017-ci ildə Prezident İlham Əliyev bu məsələ ilə bağlı “Təhsil haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanunu təsdiqləyib.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli bildirib ki, 2018-2019-cu tədris ilindən yəni, bu ilin sentyabrından  Azərbaycanda universitetlərin nəzdində fəaliyyət göstərəcək hazırlıq qrupları fəaliyyətə başlaya  bilər. 

“Mövcud qanunvericilik yol verir ki, hazırlıq qrupları fəaliyyətə başlasın. Hazırlıq qruplarının Nizamnaməsi  və digər sənədlərin Nazirlər Kabineti tərəfindən hazırlanma prosesi gedir. Məndə olan məlumata görə, bu istiqamətdə işlər aparılıb. Sentyabra qədər də kifayət qədər vaxt var. Hesab edirəm ki, hazırlıq  qrupları sentyabr ayından fəaliyyətə başlayacaq. Fikrimcə, hazırlıq qruplarında təhsil alacaq şəxslərin ödənişini isə Tarif Şurası müəyyən edəcək”.

© Modern.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9274
  • ₽ RUB
    0.0254