SOSİUM

Azərbaycanda tibbi optika sahəsində dövlət tənzimlənməsinin formaları müəyyənləşib
05 İYUN
250

Azərbaycanda tibbi optika sahəsində dövlət tənzimlənməsinin formaları müəyyənləşib

2018-06-05 10:56:00

 Azərbaycanda tibbi optika sahəsində dövlət tənzimlənməsinin formaları müəyyənləşib.

Fins.az-ın xəbərinə görə, bununla bağlı yeni “Tibbi optika haqqında” qanun layihəsi hazırlanıb.

Qanunun 3-cü (Tibbi optika sahəsində dövlət tənzimlənməsinin formaları) maddəsinə əsasən, tibbi optika sahəsində dövlət tənzimlənməsi aşağıdakı formalarda həyata keçirilir:

1. mənşə ölkəsində və ya istehsalçı tərəfindən verilmiş uyğunluq, gigiyenik və mənşə sertifikatları olmayan tibbi optika məhsullarının idxalına məhdudiyyətin qoyulması,

2. tibbi optika və optometriya ixtisasları üzrə mütəxəssis hazırlığının həyata keçirilməsi və onların peşə səviyyəsinin mütəmadi artırılması,

3. tibbi optika mağazasının açılmasına rəyin verilməsi.

Qanun layihəsi Milli Məclisin Səhiyyə komitəsinin iyunun 5-də keçiriləcək iclasında müzakirə ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9550
  • ₽ RUB
    0.0259