SOSİUM

“Azərbaycan dili” fənnindən imtahan verəcək abituriyentlər "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər
04 İYUN
139

“Azərbaycan dili” fənnindən imtahan verəcək abituriyentlər "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər

2018-06-04 11:45:00

 Dövlət İmtahan Mərkəzi (DİM) “Azərbaycan dili” fənni üzrə iyunun 10-da keçiriləcək imtahanda iştirak etməli olan abituriyentlərə müraciət edib.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Mərkəzdən "Report"a verilən məlumata görə, rus bölməsinin abituriyentləri "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər. 

Abituriyentin imtahana buraxılış vərəqəsini çap etmək üçün bu linkə daxil olmaq lazımdır.

Qeyd edək ki, abituriyent imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Şəxsiyyət vəsiqəsində şəkli olmayan abituriyentlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı da (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir) təqdim etməlidirlər.

Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda, abituriyent imtahana buraxılmır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267