SOSİUM

Təhsil Nazirliyində vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb
04 İYUN
105

Təhsil Nazirliyində vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb

2018-06-04 11:00:00

Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində bu ilin may ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Təhsil Nazirliyindən Fins.az-a verilən məlumata görə, may ayında Vətəndaşlarla iş bölməsinə ümumilikdə 11598 müraciət daxil olub.

Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 8 622 zəng qəbul edilib.

Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 2 976 vətəndaşa xidmət göstərilib.

Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1 348 sənəd (760 məktub, 553 ərizə, 35 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb.

Daxil olan müraciətlər daha çox müəllimlərin diaqnostik qiymətləndirilməsi, yerdəyişməsi və işə qəbulu, ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya) və ümumtəhsil məktəblərinin birinci siniflərinə qəbul ilə bağlı məsələləri əhatə edib.

Telefon Məlumat Mərkəzinə ötən ay ərzində ən çox həftənin çərşənbə axşamı (2 109 müraciət) və cümə axşamı (2 050 müraciət) günləri, əsasən, saat 10:00-dan 12:30-dək və 14:00-dan 16:00-dək müraciət olunub. Vətəndaşların Qəbulu Mərkəzinə isə ən çox həftənin çərşənbə axşamı (844 müraciət) və cümə axşamı (583 müraciət) günləri, əsasən, saat 10:00-dan 12:00-dək və 14:00-dan 16:00-dək müraciət edilib.

Eləcə də bax:Yanvar-aprel aylarında Bakı sakinlərinə 1 milyard 642,8 milyon manatlıq xidmət göstərilib

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9658
  • ₽ RUB
    0.0267