SOSİUM

Yanvar-aprel aylarında Bakı sakinlərinə 1 milyard 642,8 milyon manatlıq xidmət göstərilib
04 İYUN
127

Yanvar-aprel aylarında Bakı sakinlərinə 1 milyard 642,8 milyon manatlıq xidmət göstərilib

2018-06-04 10:50:00

Cari ilin ilk dörd ayında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,6 faiz artaraq 1 milyard 642,8 milyon manata çatıb.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Bakı Şəhər Statistika İdarəsindən  bildiriblər ki, hüquqi şəxslər tərəfindən əhaliyə 1 milyard 28,6 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətin ümumi dəyərinin 62,6 faizini təşkil edib.

Qeyri-dövlət sektorunda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,7 faiz artaraq 1 milyard 294,3 milyon manat olub. 2018-ci ilin yanvar-aprel ayları ərzində hər bir şəhər sakini orta hesabla ayda 167,7 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 4,3 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

Eləcə də bax: Azərbaycanın bəzi şəhər və rayonlarında içməli su təchizatında fasilə olacaq

© Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267