SOSİUM

Sahil Babyevə yeni müşavir təyin edildi
04 İYUN
720

Sahil Babyevə yeni müşavir təyin edildi

2018-06-04 10:17:00

Elman Cəfərov Azərbaycan əmək və əhalinin sosial müdafiəsi nazirinin yeni müşaviri təyin edilib.

Fins.az-ın məlumatına görə, bundan əvvəl Anar Əliyev və Vüsal Nəsirli nazirin müşaviri vəzifələrinə təyin edilmişdilər. Yeni təyinatlardan sonra müşavirlərin sayı ümumilikdə 4-ə çatıb.

Bundan başqa, Bəxtiyar Əzizova Aparat rəhbərinin müavini postu həvalə olunub.

Qeyd edək ki, A.Əliyev, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Aparat rəhbəri vəzifəsini müvəqqəti icra edir. Bundan əvvəl Aparata Əjdər Cəbiyev rəhbərlik edirdi, müavini isə Ədalət Əliyev idi.

Həmçinin nazirliyin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri vəzifəsinin icrası müvəqqəti olaraq Sabir Qocayevə tapşırılıb. Əmək siyasəti şöbəsinin müdiri vəzifəsini isə müvəqqəti olaraq Əbülfət Məhərrəmov icra edəcək.

Xatırladaq ki, aprel ayında Sahil Babayev Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib.

Eləcə də bax: Azərbaycanın bəzi şəhər və rayonlarında içməli su təchizatında fasilə olacaq

© Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9423
  • ₽ RUB
    0.0253