SOSİUM

Şabranda bələdiyyə sədri cərimələnib
01 İYUN
548

Şabranda bələdiyyə sədri cərimələnib

2018-06-01 23:13:00

 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.

Bu barədə Fins.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Reyd zamanı Şabran rayonu Uzunboyad bələdiyyəsinin ərazisinə məişət tullantılarının qeyri-mütəşəkkil atıldığı, qanunvericiliyə uyğun idarə edilmədiyi və yandırıldığı aşkar edilib.

Faktla bağlı Uzunboyad bələdiyyəsinin sədri Rafiq Muradov barəsində protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinə əsasən, vəzifəli şəxs qismində 2000 manat məbləğində cərimə olunub.

Tullantıların qısa vaxt ərzində təmizlənməsi və qanunvericiliyə uyğun idarə olunması üçün bələdiyyə sədrinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9649
  • ₽ RUB
    0.0260