SOSİUM

Sabah DİM növbəti TOEFL IBT və SAT imtahanları keçirəcək
01 İYUN
215

Sabah DİM növbəti TOEFL IBT və SAT imtahanları keçirəcək

2018-06-01 11:20:00

 Dövlət İmtahan Mərkəzində (DİM) iyunun 2-də növbəti TOEFL IBT və SAT imtahanları keçiriləcək. 

Mərkəzdən Fins.az-a verilən məlumata görə, imtahanlar Dövlət İmtahan Mərkəzinin Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında təşkil olunacaq. 

TOEFL IBT imtahanı saat 09:00-da başlanacaq. İmtahanda iştirak edən şəxslər saat 08:15-dən gec olmayaraq imtahan binasında olmalıdırlar. TOEFL imtahanında iştirak etmək üçün 15 və daha aşağı yaş qrupuna aid olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər.

SAT imtahanında iştirak edəcək şəxslər isə saat 07:45-dən gec olmayaraq imtahan binasında olmalıdırlar. İmtahana gecikən şəxslər test mərkəzinə buraxılmayacaqlar. İmtahan saat 08:30-da başlayacaq. İmtahanın müddəti 3 saat 45 dəqiqədir (fasiləsiz).

Eləcə də bax: Prezidentin vəzifə verdiyi yeni rektor kimdir?

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9349
  • ₽ RUB
    0.0253