SOSİUM

Bu il azərbaycanlı uşaqlar Türkiyə və İran vətəndaşlarına övladlığa verilib
01 İYUN
261

Bu il azərbaycanlı uşaqlar Türkiyə və İran vətəndaşlarına övladlığa verilib

2018-06-01 11:00:00

“2018-ci ildə əcnəbilər tərəfindən Azərbaycan vətəndaşı olan iki uşaq övladlığa götürülüb”.

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ölkələrarası övladlığa götürmə sektorunun müdiri Vəfa Ələkbərova deyib.

O bildirib ki, hər iki uşaq birinci nikahdan olan valideynlərin övladlarıdır: “Övladlığa götürən və xarici vətəndaş olan şəxs Azərbaycan vətəndaşı olan şəxslə nikaha daxil olduqdan sonra onun əvvəlki nikahdan olan uşağını övladlığa götürüb”.

V. Ələkbərova qeyd edib ki, uşaqlar Türkiyə və İran vətəndaşlarına övladlığa verilib.

Eləcə də bax: Azərbaycanda onların sayı artıb, daha çoxu Bakıda yaşayır – 2051 nəfər

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9550
  • ₽ RUB
    0.0259