SOSİUM

Yaşı 50-dən çox olan kişilərin sayı qadınlarla müqayisədə daha azdır
01 İYUN
142

Yaşı 50-dən çox olan kişilərin sayı qadınlarla müqayisədə daha azdır

2018-06-01 09:40:00

Azərbaycanda hər 1000 nəfər kişiyə düşən qadınların sayı azalıb.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Fins.az-ın məlumatına görə, bu il ölkədə hər 1000 nəfər kişiyə 1004 nəfər qadın düşür. Bu rəqəm 2017-cı ildə 1006, 2016-ci ildə 1007 olub.

Əhalinin yaş qrupları üzrə müqayisə edildikdə görmək olar ki, hər 1000 nəfər kişiyə düşən ən az qadın sayı 5-9 yaşlılar arasında müşahidə edilir. Son məlumatlara görə, ölkədə 0-4 yaşlı hər 1000 nəfər oğlan uşağına 875, 5-9 yaşlı oğlan uşağına 860, 10-14 yaşlı oğlan uşağına 876 qız uşağı düşür.

Ölkədə 1000 nəfər kişiyə düşən qadınların sayının kişilərin sayını üstələməsi yaşı 30-dan çox olan əhali arasında müşahidə edilir.

Azərbaycanda 30-34 yaşlı 1000 nəfər kişiyə 1030 qadın, 35-39 yaşlı 1000 kişiyə 1012, 40-44 yaşlı 1000 nəfər kişiyə 1042, 45-49 yaşlı 1000 nəfər kişiyə 1090 qadın düşür.

Qadınlar və kişilərın sayı arasındakı daha böyük fərq yaşı 50-dən çox olan əhali arasında müşahidə edilir. Yaşı 50-dən çox olan kişilərin sayı qadınlarla müqayisədə daha azdır.

Belə ki, 50-54 yaşlı hər 1000 nəfər kişiyə 1117 nəfər, 55-59 yaşlı hər 1000 nəfər kişiyə 1107, 60-64 yaşlı hər 1000 nəfər kişiyə 1148 qadın düşür.

Yaşı 65-dən çox olan kişilərin sayının bir qədər də azalması onlara düşən qadınların sayının daha da çoxalmasına səbəb olub. Ölkədə 65-69 yaşlı hər nəfər kişiyə 1230 qadın düşür.

Eləcə də bax: Nazir: Azərbaycanda məşğul əhalinin 48%-i qadındır

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267