SOSİUM

Zinəddin Zidan "Real Madrid"in baş məşqçi postundan istefa verib
31 MAY
884

Zinəddin Zidan "Real Madrid"in baş məşqçi postundan istefa verib

2018-05-31 15:52:00

 İspaniyanın "Real Madrid" klubunun baş məşqçisi Zinəddin Zidan istefa qərarı qəbul edib. 

Fins.az-ın məlumatına görə, 46 yaşlı mütəxəssis qərarını bu gün keçirəcəyi mətbuat konfransında rəsmən açıqlayıb.

Jurnalistlər önünə klub prezidenti Florentino Peres də çıxıb. 

Qeyd edək ki, Zinəddin Zidan "Real Madrid"ə 4 yanvar 2016-cı ildə Rafael Benitesin əvəzinə baş məşqçi təyin olunub. Fransalı mütəxəssisin rəhbərliyi altında "kral klubu" İspaniya çempionu, ölkə Super Kubokunun, 3 dəfə Çempionlar Liqasının, 2 dəfə UEFA Super Kubokunun qalibi və 2 dəfə klublararası dünya çempionu olub. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9424
  • ₽ RUB
    0.0256