SOSİUM

İyun ayının – HAVASI
31 MAY
273

İyun ayının – HAVASI

2018-05-31 15:25:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə iyunayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, ayrı-ayrı dövrlərdə bir qədər yüksək olacağı gözlənilir. İyun ayının ilk günlərində hava şəraiti qeyri-sabit, küləkli keçəcək, havanın temperaturu normadan aşağı olacaq. Birinci ongünlüyün ortalarından temperatur  yenidən yüksələcək.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Aylıq yağıntının miqdarının əsasəniqlim normasına yaxın olacağı gözlənilir.

Bakıda və Abşeron yarımadasında

Orta aylıq temperaturun 22-24dərəcə isti (gecələr16-21,gündüzlər 22-27, bəzi günlərdə25-34dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-3 dərəcə yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın(norma9-12 mm)olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında

Orta aylıq temperaturun22-26dərəcə isti (gecələr12-17, gündüzlər24-29, bəzi günlərdə32-36dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 21-35mm)gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında

Orta aylıq temperaturun 14-17dərəcə isti(gecələr 9-14, gündüzlər 15-20, bəzi günlərdə23-27dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın(norma86-130 mm) olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında

Orta aylıq temperaturun22-24 dərəcə isti (gecələr 13-18, gündüzlər 23-27,bəzi günlərdə 30-34dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-3 dərəcə yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın(norma46-63 mm) olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında

Orta aylıq temperaturun20-23 dərəcə isti(gecələr12-17, gündüzlər 19-24, bəzi günlərdə 28-33dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxınolacağı (norma 18-179 mm) gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında

Orta aylıq temperaturun 24-27dərəcə isti (gecələr15-20, gündüzlər23-28, bəzi günlərdə31-36dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın vəbir qədər yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın(norma12-49 mm)olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında

Orta aylıq temperaturun20-24dərəcə isti (gecələr14-19, gündüzlər 23-28,bəzi günlərdə32-35dərəcə isti)olacağı gözlənilir ki, bu da iqlim normasına  yaxın və 1-3 dərəcə yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın(norma 29-47mm)olacağı gözlənilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9874
  • ₽ RUB
    0.0272