SOSİUM

Azərbaycanda qız abituriyentlərin bu fənlər üzrə nəticələri oğlanlardan yüksək olur
30 MAY
423

Azərbaycanda qız abituriyentlərin bu fənlər üzrə nəticələri oğlanlardan yüksək olur

2018-05-30 16:08:00

Son 7 ildə Azərbaycanda orta statistik qız abituriyentlərin riyaziyyat, fizika və kimya fənləri üzrə nəticələri oğlanlardan daha yüksək olur.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Fins.az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Azərbaycan qadınına seçki hüququnun verilməsinin 100 illiyinə həsr olunmuş Qadınların V Forumu çərçivəsində keçirilən panel iclasında deyib.

O bildirib ki, Azərbaycanda qızların bütün təhsil səviyyələri üzrə təhsil alma imkanları var: "Ali və orta məktəbə qəbul olanların 50 faizi qızlar olur".

Eləcə də bax: Anomal istilər hansı aylarda olacaq? – İLKİN PROQNOZ

Qəbul imtahanlarında qızların daha yüksək nəticələr göstərdiyini deyən DİM rəhbəri bildirib ki, qızların daha çox humanitar fənlər üzrə nəticələri yüksəkdir. Son 7 ildə isə orta statistik qız abituriyentlərin riyaziyyat, fizika və kimya fənləri üzrə nəticələri oğlanlardan daha yüksək olur:

"1992-1993-cü illərdə I qrupa tibb ixtisasları daxil olduğu üçün qızların sayı çox idi, lakin 1994-cü ildən sonra həmin qrupdan tibb ixtisasları çıxarıldığı üçün qızların da sayı azaldı. Daha sonra 1-ci qrupa sənəd verən qızların sayı yenidən artmağa başladı. Bu qrupa sənəd verənlərin 35 faizi qız olsa da, qəbul olanların 40 faizi qız olur. Çünki qızların riyaziyyat, fizika və s.-dən nəticələri daha yüksəkdir".

M.Abbaszadə onu da əlavə edib ki, Beynəlxalq Telekommunikasiya Təşkilatının 2017-ci üzrə hesabatına əsasən, inkişaf edən ölkələrdə internetdən istifadədə gender bərabərliyi təmin edilib. Avropa ölkələrinə nisbətən MDB ölkələrində qadın və kişilər arasında internetdən istifadədə fərq azdır. 2017-ci il üzrə olan məlumata görə, dünya üzrə internetdən istifadə ilə bağlı qadın və kişilər arasında olan fərq 250 milyon nəfərdir. Bu rəqəmin azaldılması ölkələrin sosial-iqtisadi inkişafına böyük töhfə verə bilər.

O qeyd edib ki, dünyada əhalinin savadlılıq səviyyəsinin yüksəlməsinə baxmayaraq, savadsız qadınlar hələ də əhalinin 60 faizini təşkil edir.

© Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267