SOSİUM

7 nəfər İTV-nin baş direktoru olmaq istəyir – SİYAHI
30 MAY
203

7 nəfər İTV-nin baş direktoru olmaq istəyir – SİYAHI

2018-05-30 13:06:00

İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktorunun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi ilə əlaqədar bu vəzifəyə seçilmək üçün namizədlərin sənədlərinin qəbulu başa çatmışdır. İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktoru vəzifəsinə 7 nəfər iddiaçı – Abbasov Rauf Müzəffər oğlu, Abbasov Səbuhi Mübariz oğlu, Mehrəliyeva Şəfəq Akif qızı, Mehtiyeva Rahilə İbrahim qızı, Xəlilova Qərənfil Əli qızı, Qarayev Sadıq Qurban oğlu, Qasımov Balakişi Ələkbər oğlu sənədlərini təqdim etmişdir.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

"İctimai televiziya və radio yayımı haqqında"  Azərbaycan Respublikası Qanununun 20.1.3, 21.1-ci maddələrinin tələblərinə uyğun olaraq İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktoru vəzifəsinə namizədlərin sənədləri İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına təqdim edilmişdir.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə namizədlərin siyahısı:

Soyadı, adı, atasının adı

Hal-hazırda işlədiyi müəssisə

1

Abbasov Rauf Müzəffər oğlu

Gəncə regional fövqəladə hallar və

mülki müdafiə şöbəsi, rəis müavini

2

Abbasov Səbuhi Mübariz oğlu

7news.az saytı, baş redaktor

3

Mehrəliyeva Şəfəq Akif qızı

ADA Universiteti, aparat rəhbəri

4

Mehtiyeva Rahilə İbrahim qızı

Elit informasiya agentliyi, MMC

baş direktor

5

Xəlilova Qərənfil Əli qızı

Hal-hazırda işsizdir

6

Qarayev Sadıq Qurban oğlu

AMEA Mərkəzi Nəbatat

Bağı, elmi işçi

7

Qasımov Balakişi Ələkbər oğlu

İctimai Televiziya və Radio Yayımları

Şirkəti,baş direktorun müavini

 

© Modern.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267