SOSİUM

Bölgələr üzrə 9-cu və 11-ci sinif buraxılış imtahanlarının keçirilmə – QRAFİKİ AÇIQLANIB
30 MAY
386

Bölgələr üzrə 9-cu və 11-ci sinif buraxılış imtahanlarının keçirilmə – QRAFİKİ AÇIQLANIB

2018-05-30 10:31:00

Bölgələr üzrə ümumi və tam orta təhsil bazasında (9-cu və 11-ci sinif) buraxılış imtahanlarının keçirilmə qrafiki açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən (DİM) Fins.az-a verilən məlumata görə, bölgələr üzrə ümumi orta təhsil bazasında (9-cu sinif) buraxılış imtahanlarının II mərhələsi və tam orta təhsil bazasında (11-ci sinif) buraxılış imtahanları əvvəlcədən elan olunduğu kimi, 2018-ci il 21, 27 iyun və 3 iyul tarixlərində aşağıdakı qrafikə uyğun keçiriləcək:

Tarix Şəhər (rayon)
21.06.2018 Bakı, Şirvan, Naxçıvan Muxtar Respublikası
27.06.2018 Sumqayıt, Abşeron, Gəncə, Göygöl, Samux, Naftalan, Goranboy, Daşkəsən, Şəki, Oğuz, Qəbələ, Lənkəran, Astara, Biləsuvar, Ağsu, Zərdab, Şamaxı, Kürdəmir, Ağdam, Yevlax, Bərdə, Tərtər, İmişli, Saatlı, Sabirabad, Xaçmaz, Şabran
03.07.2018 Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Mingəçevir, Balakən, Zaqatala, Qax, Yardımlı, Cəlilabad, Masallı, Lerik, Göyçay, Ağdaş, Ucar, İsmayıllı, Qobustan, Ağcabədi, Xocavənd, Füzuli, Beyləqan, Salyan, Neftçala, Hacıqabul, Qusar, Quba, Siyəzən, Xızı
10.07.2018 Əvvəlki illərin məzunları və eksternat

Məcburi köçkün rayonlarından olan şagirdlər buraxılış imtahanını orta ümumtəhsil müəssisəsinin yerləşdiyi şəhərdə (rayonda) yuxarıdakı qrafikə uyğun verəcəklər.

Heydər Əliyev adına Hərbi Lisey və C.Naxçıvanski adına Hərbi liseyin şagirdləri üçün imtahan iyunun 21‑də, Bakı şəhərində yerləşən xüsusi məktəblərin – internat məktəbləri, tədrisi ingilis dilində olan məktəblər, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrində olan məktəblərin şagirdləri üçün iyulun 3-də keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9383
  • ₽ RUB
    0.0251