SOSİUM

Səfər Mehdiyev Tovuzda vətəndaşları qəbul edib
29 MAY
707

Səfər Mehdiyev Tovuzda vətəndaşları qəbul edib

2018-05-29 11:22:00

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həlli üçün müvafiq tədbir görürlər.

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən  verilən xəbərə görə, mayın 29-da DGK-nın sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Tovuz şəhərində vətəndaşları qəbul edib.

S. Mehdiyev qəbuldan öncə Heydər Əliyevin Tovuz şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Qəbulda bölgədə yerləşən - Tovuz, Şəmkir, Gədəbəy, Ağstafa və Qazax rayonlarının sakinləri, eləcə də bu bölgədə məskunlaşan məcburi köçkünlərin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən gömrük orqanlarında işə qəbul və digər gömrük məsələləri ilə bağlı olub.

Qəbul zamanı DGK sədri Səfər Mehdiyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.

Eləcə də bax: Dövlət İmtahan Mərkəzi işçi axtarır

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256