SOSİUM

Ova görə cərimələr artırıla bilər
25 MAY
192

Ova görə cərimələr artırıla bilər

2018-05-25 14:28:00

"2017-ci ildə və bu ilin 4 ayı ərzində qanunsuz ovla məşğul olan 300-ə qədər Azərbaycan vətəndaşı saxlanılıb".
Fins.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktor müavini Hikmət Əlizadə deyib. O qeyd edib ki, bu ilin 3 ayında qanunsuz ovla məşğul olan 7 əcnəbi barəsində qanunvericiliyin tələblərinə uyğun akt və protokol tərtib edilib və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, hər biri 2000 manat olmaqla cərimələnib: "Əcnəbilər əsasən ərəb ölkələrinin vətəndaşlarıdır. Onlar ölkə ərazisindən çıxarılıb".

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9649
  • ₽ RUB
    0.0260