SOSİUM

Şimşək çaxacaq, leysan olacaq – XƏBƏRDARLIQ
25 MAY
360

Şimşək çaxacaq, leysan olacaq – XƏBƏRDARLIQ

2018-05-25 14:04:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin mayın 26-na olan məlumatına görə:

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Bakıda və Abşeron yarımadasında

 hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Gün ərzində arabir güclənən şimal-qərb küləyi əsəcək. 

Havanın temperaturunun Abşeron yarımadasında gecə 16-20, gündüz 25-30,  Bakıda gecə 17-19, gündüz 27-29 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 754 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək,nisbi rütubət gecə 65-75, gündüz 45-55 faiztəşkil edəcək.

Abşeron çimərliklərində

şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba)səhər saatlarından başlayaraq şimal-qərbküləyinin güclənməsi əlverişsiz hava şəraitinə səbəb olacaq. Dəniz suyunun temperaturu 18-19 dərəcə isti təşkil edəcək.

Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx)səhər saatlarından başlayaraq şimal-qərb küləyinin güclənməsi əlverişsiz hava şəraitinə səbəb olacaq. Dəniz suyunun temperaturu 20-21 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında

Mayın 26-dabəzi yerlərdəşimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi əsəcək, bəziyerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 14-19, gündüz 28-33, dağlarda gecə7-12,gündüz 14-19dərəcə istiolacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz

Mayın 26-sı axşamdan 27-si axşamadək Abşeron yarımadasında atmosfer təzyiqinin qısamüddətə xeyli yüksəlməsi fonunda xəzri küləyinin güclənəcəyi gözlənilir ki,  bu da bəzi  meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Xəbərdarlıq

Mayın 26-sı axşamdan 27-si axşamadək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyiningüclənəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-7 dərəcə aşağı enəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267