SOSİUM

Prezident: Bu il 20 min məcburi köçkün yeni evlərə köçəcək
25 MAY
223

Prezident: Bu il 20 min məcburi köçkün yeni evlərə köçəcək

2018-05-25 10:12:00

Biz hər il minlərlə köçkünü evlərlə təmin edirik. Bu il 20 min köçkün yeni mənzillərlə, evlərlə təmin ediləcək. Bu yaşayış kompleksində 1026 mənzil var. Yəni, burada 1026 ailə yaşayacaq və yaxşı şəraitdə yaşayacaq.

Fins.az-ın məlumatına görə, bunu məcburi köçkünlər üçün salınmış “Qobu Park” yaşayış kompleksinin açılışında iştirak edən prezident İlham Əliyev məcburi köçkünlərlə görüşündə deyib.

“Məcburi köçkünlərin problemlərinin həlli və yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluğun artırılması üzrə Dövlət Proqramı uğurla icra edilir. Yüzə yaxın köçkün şəhərciyi salınıb. Bu məqsədlərə dövlət milyardlarla manat vəsait ayırıb. Hər il minlərlə ailə evlərlə təmin olunur.

Bu ilin sonuna qədər, ümumiyyətlə, son illər ərzində görülmüş işlər nəticəsində 285 min köçkün artıq evlərlə təmin olunacaq. Bu il onlardan təqribən 20 mini yeni evlərə köçəcək”.

Eləcə də bax: Əfv sərəncamının icrasına başlanılıb

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9424
  • ₽ RUB
    0.0256