SOSİUM

Azərbaycanda məktəblərə ilk növbədə həmin ərazidə yaşayan uşaqlar qəbul olunacaq
24 MAY
167

Azərbaycanda məktəblərə ilk növbədə həmin ərazidə yaşayan uşaqlar qəbul olunacaq

2018-05-24 12:37:00

Azərbaycanda ümumi təhsil müəssisələrinə ilk növbədə həmin təhsil müəssisələrinin yerləşdiyi ərazidə yaşayan uşaqlar qəbul olunacaq.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Fins.az-ın məlumatına görə, bu məsələ Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Belə ki, qanunun 19-cu (Ümumi təhsil) maddəsinin 14-cü bəndinə təklif edilən əlavəyə əsasən, ümumi təhsil müəssisəsinin yerləşdiyi ərazidə yaşayan təhsilalanlar həmin təhsil müəssisəsinə ilk növbədə qəbul olunacaqlar.

Umumi təhsil müəssisələrinə uşaqların qəbulu, sinifdən-sinfə keçirilməsi və yerdəyişməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Eləcə də bax: Uşaqların I sinfə qəbulu zamanı qoyulan yaş məhdudiyyəti aradan qaldırılır

© Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9810
  • ₽ RUB
    0.0269