SOSİUM

Hadi Rəcəblidən TƏKLİF - Aliment Fondu yaradılsın
23 MAY
159

Hadi Rəcəblidən TƏKLİF - Aliment Fondu yaradılsın

2018-05-23 12:16:00

“Əvvəllər Azərbaycanda 5 uşaqlı var idisə, indi çoxuşaqlı ailələrdə 3 uşaq olur. Ona görə də çoxuşaqlı ailə məfhumu anlayışında 3 uşağa ensək, düzgün olar”.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Fins.az-ın məlumatına görə, bunu Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Hadi Rəcəbli “Azərbaycanda ailə modeli: müasirlik və dəyərlər” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanda əhalinin təbii artımı 1,2-1,3 olduğu üçün demoqrafik baxımdan problem yoxdur.

H.Rəcəbli təklif edib ki, Azərbaycana nikaha girənlərə nikahın rəsmiləşdirilməsindən əvvəl 1 ay vaxt verilir: "Həmin 1 ay müddətində gənclər üçün VVAQ şöbələrində kurslar təşkil edilsin və onlara ailənin necə olduğu, ailə dəyərləri başa salınsın. Biz nikah məsuliyyətini insanlara yenə də çatdırmalıyıq”.

Komitə sədri qeyd edib ki, Azərbaycanda Aliment Fondunun yaradılması da yaxşı olar.

O, bunu da əlavə edib ki, Azərbaycanda 620 min əlil var. Onun 200 min nəfərdən çoxu uşaqlıqdan əlildir.

Eləcə də bax: Dövlət qulluğuna aid yeni elektron xidmət istifadəyə verilib

© Modern.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267