SOSİUM

Azərbaycanda hər il qeyri-rəsmi nikahdan 2000-ə yaxın uşaq doğulur
23 MAY
193

Azərbaycanda hər il qeyri-rəsmi nikahdan 2000-ə yaxın uşaq doğulur

2018-05-23 11:39:00

Azərbaycanda hər il qeyri-rəsmi nikahdan 2000-ə yaxın uşaq doğulur.

Fins.az-ın məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova “Azərbaycanda ailə modeli: müasirlik və dəyərlər” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Komitə sədrinin müavini bildirib ki, 10 il əvvəl bu rəqəmin sayı 3000-4000 idisə, bu gün bu göstərici aşağı düşüb: “Bu, görülən tədbirlər nəticəsində mümkün olub. Amma bu problem hələ də qarşımızda duran əsas məsələdir”.

S.Qəhrəmanova əlavə edib ki, Azərbaycanda ailə institutu olsa da, onu təkmilləşdirmək lazımdır: “Bizim ailə institutu təcrübəsini öyrənmək istəyən ölkələr də var. Bizim milli mənsubiyyətimiz, milli dəyərlərimiz ailədir. Ona görə də biz hansı yol gedəcəyimizə diqqət yetirməliyik. Azərbaycanda ailə institutunu təkmilləşdirmək üçün mükəmməl hüququ bazamız var. Buna baxmayaraq, bu gün müəyyən problemlərlə üzləşirik. Bu problemlər qeyri-rəsmi nikahlar, ailədə olan məişət zorakılıqları və s.-dir”.

O qeyd edib ki, komitəyə edilən müraciətlər daha çox alimentlərlə bağlı olur: “Qadınlara çox cüzi miqdarda alimentin verilməsi böyük problemə çevrilir”.

Eləcə də bax: Pensiyaların hesablara köçürülməsi yaxın günlərdə təmin olunacaq – NAZİRLİK

© Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259