SOSİUM

Hamilə və körpəsi olan qadınlar sertifikasiyadan keçirilməyəcək
22 MAY
272

Hamilə və körpəsi olan qadınlar sertifikasiyadan keçirilməyəcək

2018-05-22 16:52:00

Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında Əmək Məcəlləsinə dəyişiklik layihəsi müzakirə olunub.

Fins.az-ın xəbərinə görə, layihə barədə adıçəkilən komitənin sədri Hadi Rəcəbli məlumat verib.

Dəyişiklik layihəsinə əsasən, məcəlləyə yeni - 67-2-ci (Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikasiyası) maddə əlavə olunur.

Maddəyə əsasən, hamilə qadınların, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların (uşağını təkbaşına böyüdən kişilərin) sertifikasiyası keçirilmir.

İlk dəfə işə qəbul olunanlar beş il müddətində, eləcə də, azı üç dəfə sertifikasiyadan keçmiş şəxslər sertifikasiyadan keçirilmirlər.

Dəyişiklik layihəsi müzakirələrdən sonra parlamentin plenar iclasına tövsiyə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256