SOSİUM

Palata sədri: Pensiyaların ödənilməsində əlavə vəsaitə ehtiyac olub
22 MAY
224

Palata sədri: Pensiyaların ödənilməsində əlavə vəsaitə ehtiyac olub

2018-05-22 14:36:00

Biz rəqəmlərə adi baxırıq, amma onların arxasında Azərbaycanın inkişafı, regional, transmilli layihələrin gerçəkləşdirilməsi, texnoparkların yaradılması, insanların maddi rifah halının yaxşılaşdırılması və sair məqamlar dayanır.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Fins.az-ın xəbərinə görə, bunu Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin mayın 22-də keçirilən iclasında “2017-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı adıçəkilən komitənin sədri, akademik Ziyad Səmədzadə bildirib.

O deyib ki, dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsində əksini tapan rəqəmlər Azərbaycanın iqtisadi inkişafının növbəti və əyani təsdiqi, göstəricisidir:

“Ona görə də biz bu rəqəmlərə elə-belə baxmamalıyıq”.

Hesablama Palatasının sədri Vüqar Gülmməmmədov isə Palatanın büdcənin icrası ilə bağlı müsbət rəy verdiyini bildirib.

O qeyd edib ki, dövlət büdcəsində ən yüksək gəlir göstərici yol vergisi ilə bağlı olub - 151 faiz.

Onun sözlərinə görə, eyni zamanda, son iki illə müqayisədə hesabat ilində mərkəzləşdirilmiş və yerli gəlirlərdə azalma özünü göstərib.

“Bununla yanaşı, hesabat ilinin ikinci yarısında mərkəzləşdirilmiş gəlirlər kəsirlə, yerli gəlirlər artıqlaması ilə icra olunub”.

V. Gülməmmədov sonra qeyd edib ki, “Əmək pensiyaları haqqında” qanuna dəyişikliklərin edilməsi ilə bağlı pensiyaların ödənilməsində əlavə vəsaitə ehtiyac yaranıb və bunun üçün 33 milyon manatlıq transfert edilib.

Palata sədri 127 qurumla bağlı təhlillər aparıldığını xatırladaraq, bildirib ki, dövlət büdcəsinin xərclər hissəsinə təsir edən amillər arasında həmin qurumların debitor və kreditor borclarının olması üstünlük təşkil edib.

Eləcə də bax: Nazir daha 4 vəzifəli şəxsi işdən çıxardı

© Oxu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267