SOSİUM

ATU tələbələri diplomaqədər müddətdə işləyə biləcəklər
22 MAY
249

ATU tələbələri diplomaqədər müddətdə işləyə biləcəklər

2018-05-22 12:06:00

Azərbaycan Tibb Universitetinin (ATU) yuxarı kurs tələbələri bundan sonra universitetin klinikalarında və bir sıra müalicə müəssisələrində orta tibb təhsili işçi vəzifələrində işləyə biləcəklər. 
ATU-dan verilən məlumata görə, bu haqda Universitetin rektoru Gəray Gəraybəylinin Səhiyyə Nazirliyinə müraciətinə cavab məktubunda bildirilib. 
Məktubda qeyd olunub ki, “Əhalinin sağlamlığının qorunması haqqında” qanununun 46-cı maddəsinə əsasən, ali tibb və əczaçılıq təhsilinin başa vurmamış şəxslər müvafiq icra hakimiyyətinin müəyyənləşdirdiyi qaydada orta tibb təhsilli işçi vəzifəsində tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər. Beləliklə Səhiyyə Nazirliyi ATU tələbələrinin bu vəzifələrdə işləməsinə icazə verib.
Bununla bağlı müalicə profilaktika fakültəsinin tələbələri 3-cü kursu bitirdikdən sonra stomatologiya, ictimai səhiyyə və əczaçılıq fakültəsinin tələbələri isə 4-cü kursu bitirdikdən sonra ATU-nun klinikalarında və universitetin bazası olan müalicə müəssisələrində müvafiq orta tibb təhsilli işçi vəzifələrində (diplomaqədər) işə qəbul oluna bilərlər. 

Eləcə də bax: "Azərsu" abunəçilərin işini asanlaşdırdı

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9340
  • ₽ RUB
    0.0258