SOSİUM

Şagirdlərin davamiyyəti barədə SMS-bildiriş dayandırılır
22 MAY
247

Şagirdlərin davamiyyəti barədə SMS-bildiriş dayandırılır

2018-05-22 11:17:00

İyul ayından etibarən şagirdlərin dərslərə davamiyyəti barədə valideynlərə SMS-bildiriş xidməti müvəqqəti olaraq dayandırılacaq.

Bu barədə “Mobile Solutions & Marketing Technologies” şirkətindən (xidmətin operatoru) bildiriblər.

Şirkətdən deyiblər ki, yay tətili ilə əlaqədar olaraq, SMS-bildiriş xidməti yeni tədris ilinə qədər müvəqqəti dayandırılacaq.

Cari tədris ili məktəblərdə iyunun 14-də başa çatır. Son imtahanların qiymətlərinin də elektron jurnala yazılması səbəbindən SMS-bildiriş xidməti iyunun sonunadək açıq olacaq. Bununla belə, iyunda xidmətdən istifadəyə görə abunə haqqı tutulmayacaq.

Eləcə də bax: Nazirlik təhlükəsizlik və sanitar normaları pozan tikinti şirkəti barədə akt və protokol tərtib edib

© Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9423
  • ₽ RUB
    0.0253