SOSİUM

“Şahdəniz” konsorsiumu Bolqarıstana qaz tədarükünü 2020-ci ildə başlayacaq
21 MAY
185

“Şahdəniz” konsorsiumu Bolqarıstana qaz tədarükünü 2020-ci ildə başlayacaq

2018-05-21 16:10:00

BP şirkətinin rəhbərlik etdiyi “Şahdəniz” yatağının işlənməsi üzrə konsorsium Bolqarıstana ilk qaz tədarükünün 2020-ci ildə başlayacağını bildirib.

Fins.az-ın məlumatına görə, bu barədə Bolqarıstan Energetika Nazirliyinin bəyanatında deyilir.

Məlumata əsasən, Bolqarıstanın energetika naziri Temenujka Petkova ilə görüş zamanı konsorsium nümayəndələri bildirib ki, “Şahdəniz-2” layihəsi çərçivəsində hasilatın başlaması üzrə işlər sürətləndirilib:

“Onlar əmin olduqlarını bildirdilər ki, Bolqarıstan Azərbaycandan ilk təbii qaz partiyasını 2020-ci ildə alacaq. Azərbaycan regionda enerji təhlükəsizliyinin təmin olunması üzrə tədbirlərdə Bolqarıstanı dəstəkləyir”.

T.Petkova öz növbəsində əlavə edib ki, son aylarda Yunanıstan-Bolqarıstan interkonnektorunun yaradılması layihəsi üzrə işlər intensivləşib.

© Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9349
  • ₽ RUB
    0.0253