SOSİUM

I və IV qrup üzrə keçirilən qəbul imtahanı ilə bağlı Apelyasiya Komissiyası yaradılıb
21 MAY
177

I və IV qrup üzrə keçirilən qəbul imtahanı ilə bağlı Apelyasiya Komissiyası yaradılıb

2018-05-21 12:33:00

Mayın 20-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanında istifadə olunan test tapşırıqlarının məzmunu ilə əlaqədar abituriyentlərin müraciətlərinə baxılması üçün Apelyasiya Komissiyası yaradılıb.

Mərkəzdən Fins.az-a verilən məlumata görə, Apelyasiya Komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərir.

Abituriyentlər Apelyasiya Komissiyasına mayın 21-dən 23-dək saat 10-dan 17-dək şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə şəxsən müraciət edə bilərlər. 

Apelyasiya Komissiyası fəaliyyətini başa çatdırdıqdan sonra test tapşırıqlarının məzmunu, həmçinin imtahanda baş verən digər hallarla bağlı müraciətlərə baxılmır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256