SOSİUM

Ölü planet tapılıb
17 MAY
423

Ölü planet tapılıb

2018-05-17 16:59:00

İsveçrə, Fransa və Almaniyadan olan bir qrup astronom "Almahata Sitta" meteoritinin tərkibində olan almazları tədqiq etdikdən sonra qənaətə gəlib ki, həmin meteorit əvvəllər mövcud olmuş planetin tərkib hissəsi olub.

Fins.az-ın məlumatına görə, bu meteoritin Günəş sistemində Mars və Merkuri boyda olan planetin bir hissəsi olduğu ehtimal edilir.

Qeyd edək ki, içərisində iri almaz kristalları olan "Almahata Sitta" meteoriti 2008-ci ildə Sudan ərazisinə, Nubiya səhrasına düşmüşdü. Meteoritin tərkibində həmçinin qrafit, piroksen və olivin maddələri də aşkar edillmişdi.

Eləcə də bax: Xaləddin İsgəndərov Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib - RƏSMİ

© Trend

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9602
  • ₽ RUB
    0.0254