SOSİUM

Bu il abituriyentlərə ilk dəfə imtahan verdiyi ixtisas qrupunu dəyişmək imkanı verilib
17 MAY
306

Bu il abituriyentlərə ilk dəfə imtahan verdiyi ixtisas qrupunu dəyişmək imkanı verilib

2018-05-17 12:19:00

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mayın 13-də I və III ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanın nəticələrini dəyərləndirib.

Fins.az-ın xəbərinə görə, DİM sədri bildirib ki, qəbul imtahanının nəticələri ötən ilki səviyyədədir.

M. Abbaszadə qeyd edib ki, bu il abituriyentlərə ilk dəfə imtahan verdiyi ixtisas qrupunu dəyişmək imkanı verilib: "Yaz imtahanlarında II ixtisas qrupu üzrə imtahan verən abituriyentlər yay imtahanında III ixtisas qrup üzrə imtahan verə biləcəklər. Biz hələ bilmirik bu dəyişmələr nəticələrə necə təsir edəcək. Yalnız imtahanlar tam başa çatdıqdan sonra hansısa fikir söyləmək olar".

Eləcə də bax: DİM sədri: "Bu il tələbə qəbulu üçün 45159 yer ayrılıb"

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9876
  • ₽ RUB
    0.0249