SOSİUM

Hazırda hər 100 doğulan qıza 114 oğlan düşür
16 MAY
268

Hazırda hər 100 doğulan qıza 114 oğlan düşür

2018-05-16 16:04:00

Cari ilin yanvar-mart ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 32954 doğulan körpə qeydə alınıb.

Fins.az-ın məlumatına əsasən, bu göstərici əhalinin hər 1000 nəfərinə 13,6 təşkil edib.

Doğulan körpələrin 610-u əkiz, 30-u üçəmdir. Yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 47,1 faiz təşkil edərək hazırda hər 100 doğulan qıza 114 oğlan düşür (bioloji norma 105-107 təşkil edir).

Doğulanların cins nisbətinin pozulması ümumi əhalinin cins strukturunu da dəyişir. Hazırda hər 1000 kişiyə 1005 qadın düşür.

Eləcə də bax: Azərbaycan əhalisinin sayı açıqlanıb

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256