SOSİUM

Dövlət orqanlarında vakant vəzifələr üzrə elan edilən daxili müsahibələr yekunlaşıb
16 MAY
209

Dövlət orqanlarında vakant vəzifələr üzrə elan edilən daxili müsahibələr yekunlaşıb

2018-05-16 12:00:00

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində martın 5-də və Müəllif Hüquqları Agentliyində aprelin 18-də elan edilən daxili müsahibələr başa çatıb.

Bu barədə Fins.az-a Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində və Müəllif Hüquqları Agentliyində müsahibəyə çıxarılması üçün yüksək vəzifələr təqdim olunub. Təqdim olunan ən yüksək vakant vəzifələr Müəllif Hüquqları Agentliyində sektor müdiri, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində isə sektor müdiri və regional bölmələrin rəhbəri vəzifələridir.

Eləcə də bax: İtirilmiş sənədi geri almaq üçün nə qədər rüsum ödənilməlidir? – VİDEO

Qeyd etmək lazımdır ki, yuxarıda qeyd olunan dövlət orqanlar tərəfindən vakansiyaya çıxarılan 28 vakant vəzifə üzrə müsahibədə iştirak etmək üçün 31 nəfər qeydiyyatdan keçib. Müsahibədə iştirak edən namizədlər arasında 23 namizəd vakant vəzifəyə uyğun hesab edildiyi halda, 7 namizəd vəzifə üçün uyğun hesab edilməyib, 1 namizəd isə müsahibədə iştirak etməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9635
  • ₽ RUB
    0.0257