SOSİUM

Ramazanda Qədr gecələri nə vaxt olacaq?
15 MAY
647

Ramazanda Qədr gecələri nə vaxt olacaq?

2018-05-15 12:13:00

Ramazan bayramında 4 Əhya gecəsi (Qədr gecəsi) olacaq.

Fins.az-ın məlumatına görə, bu barədə Qafqaz Müsəlmanları İdarəsində Ramazan ayının başlanması ilə bağlı keçirilən tədbirdə bildirilib.

İlk Qədr gecəsi Ramazan ayının 18-dən 19-na keçən gecəyə təsadüf edəcək. Bu da iyunun 3-nə düşür. İkinci Qədr gecəsi Ramazan ayının 20-dən 21-nə keçən gecə olacaq ki, bu da iyunun 5-də qeydə alınacaq. Üçüncü Qədr gecəsi iyunun 7-nə (Ramazan ayının 22-dən 23-nə keçən gecə) düşəcək.

Dördüncü və sonuncu Qədr gecəsi isə iyunun 11-də (Ramazan ayının 26-dan 23-nə keçən gecə) olacaq.

Qeyd edək ki, bu il Azərbaycanda Ramazan ayının birinci günü miladi təqvimlə mayın 17-nə, Eydül-Fitr (Fitr bayramı) isə iyunun 15-nə təsadüf edəcək və həmin gün ölkədə bayram namazı qılınacaq.

© Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9649
  • ₽ RUB
    0.0260