SOSİUM

Ötən il I-IV qruplar üzrə qəbul imtahanlarında abituriyentlərin 48.7%-i 200-dən az bal toplayıb
14 MAY
217

Ötən il I-IV qruplar üzrə qəbul imtahanlarında abituriyentlərin 48.7%-i 200-dən az bal toplayıb

2018-05-14 12:21:00

Keçən il I–IV ixtisas qrupları üzrə qəbul imtahanlarında abituriyentlərin 48.7%-i 200-dən az bal toplayıb.

Fins.az xəbər verir ki, bu, Dövlət İmtahan Mərkəzinin dərc etdirdiyi “Abituriyent” jurnalının 12-ci sayında əksini tapıb.

Məlumata görə, qəbulda toplanılması mümkün olan maksimal bal 700-dür. Ötən il bu il abituriyentlərin 48.7 faizi imtahandan “2”, 18.4%-i “3”, 22.9%-i “4”, 10.0%-i isə “5” qiymət alıb: "2016-cı ildə bu göstəricilər, uyğun olaraq, 55.4%, 16.7%, 19.4%, 8.4% olub. Göründüyü kimi, keçən il “2” qiymət alanların faizi nisbətən azalıb, “3”,“4” və “5” qiymət alanların faizi isə artıb.

Eyni zamanda, hər ixtisas qrupu üzrə abituriyentlərin istəyinə daha çox uyğun olan, ərizələrdə daha çox birinci yerdə göstərilən ən nüfuzlu ixtisaslar da müəyyən edilib.

DİM-in məlumatına görə. oğlan abituriyentlər texniki və iqtisad, qız abituriyentlər isə humanitar ixtisaslara üstünlük veriblər.

Bakı şəhərinin Qaradağ rayonu, Siyəzən, Salyan və Neftçala rayonlarının abituriyentləri ənənəvi olaraq yüksək faizlə I qrupun ixtisaslarını seçiblər.

Abituriyentlər Azərbaycan bölməsində I qrupda ən çox Bakı Dövlət Universitetinin “Riyaziyyat müəllimliyi”, II qrupda Bakı Dövlət Universitetinin “Coğrafiya müəllimliyi”, III qrupda Azərbaycan Dillər Universitetinin “Xarici dil müəllimliyi (ingilis dili üzrə)”, IV qrupda Azərbaycan Tibb Universitetinin “Müalicə işi”, V qrupda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “Məşqçi (idman növləri üzrə)” ixtisaslarına üstünlük veriblər.

I və II ixtisas qruplarından başqa, digər ixtisas qruplarında rus bölməsi abituriyentlərinin seçimi Azərbaycan bölməsi ilə eyni olub. I ixtisas qrupunda rus bölməsinin abituriyentləri Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “İnformasiya texnologiyaları”, II ixtisas qrupunda isə Azərbaycan Dövlət İqtisad Universitetinin “Mühasibat uçotu və audit” ixtisasına üstünlük veriblər. Azərbaycan bölməsində I ixtisas qrupunda “Riyaziyyat müəllimliyi” və II ixtisas qrupunda “Coğrafiya müəllimliyi” ixtisaslarına marağın artmasını Təhsil Nazirliyinin pedaqoji ixtisaslara göstərdiyi qayğı ilə əlaqələndirmək olar.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259