SOSİUM

Qəbul imtahanı ilə bağlı Apellyasiya Komissiyası yaradıldı
14 MAY
99

Qəbul imtahanı ilə bağlı Apellyasiya Komissiyası yaradıldı

2018-05-14 09:57:00

Dövlət İmtahan Mərkəzinin (DİM) mayın 13-də II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanında istifadə olunan test tapşırıqlarının məzmunu ilə əlaqədar abituriyentlərin müraciətlərinə baxılması üçün Apellyasiya Komissiyası yaradıb.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Bu barədə Fins.az-a Mərkəzdən məlumat verilib.

Məlumata əsasən, Apellyasiya Komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərir.

Abituriyentlər Apellyasiya Komissiyasına 14-16 may tarixlərində saat 10-dan 17-dək şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə şəxsən müraciət edə bilərlər.

Qeyd edək ki, Apellyasiya Komissiyası fəaliyyətini başa çatdırdıqdan sonra test tapşırıqlarının məzmunu, həmçinin imtahanda baş vermiş digər hallarla bağlı müraciətlərə baxılmır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267