SOSİUM

Diaqnostik qiymətləndirmədə iştirak üçün sənəd qəbulu başa çatır
11 MAY
370

Diaqnostik qiymətləndirmədə iştirak üçün sənəd qəbulu başa çatır

2018-05-11 15:57:00

“Diaqnostik qiymətləndirmədə iştirak üçün sənəd qəbulu may ayının 3-dən 11-nə kimi aparılır. Bu gün sənəd qəbulu başa çatır”.

Fins.az-ın xəbərinə görə, bu barədə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində İnsan Resursları Mərkəzinin müdir əvəzi Murad Camalzadə bildirib. O deyib ki, sənəd qəbulu başa çatdıqdan sonra diaqnostik qiymətləndirmənin keçiriləcəyi dəqiq tarixi söyləmək mümkün olacaq: “Diaqnostik qiymətləndirmə may ayının 20-dən sonra keçiriləcək. Lakin dəqiq tarix bəlli deyil”.

M. Camalzadə qeyd edib ki, diaqnostik qiymətləndirmədə iştirak üçün 20 minə yaxın insanın elektron ərizəsi qəbul edilib: “Ümumilikdə isə 8 mindən artıq insanın elektron ərizəsi təsdiqlənib”.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9635
  • ₽ RUB
    0.0257