SOSİUM

Nazirlik: Bu ilin 4 ayı ərzində 58,3 mindən çox müraciət cavablandırılıb
07 MAY
134

Nazirlik: Bu ilin 4 ayı ərzində 58,3 mindən çox müraciət cavablandırılıb

2018-05-07 12:26:00

Bu ilin aprel ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 “Çağrı mərkəzi”nə 14622 müraciət daxil olub.

Müraciətlərin 96,8 faizi bu və ya digər sosial təminat növünə hüququn müəyyən olunması, əmək hüquqları, sosial sığorta münasibətləri, tibbi-sosial ekspertiza və reabilitasiya, nazirliyin elektron xidmətlərindən istifadə, aktiv məşğulluq tədbirlərinə, o cümlədən özünüməşğulluq proqramına cəlb olunma və s. kimi aidiyyəti məsələlərlə bağlı sorğu xarakteri daşıyıb. Həmin müraciətlərə cavab olaraq, vətəndaşlara onları maraqlandıran məsələlərə dair qanunvericiliyin müvafiq maddələri əsasında izahatlar verilib. Digər müraciətlər isə məzmununa uyğun şəkildə nazirliyin aidiyyəti struktur bölmələrində araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb.

Vətəndaşların müvafiq məsələlərə dair müraciətlərinə cavab olaraq onların məlumatlandırılması məqsədilə aprel ayı ərzində 59881 SMS göndərilib.

Qeyd olunanlarla yanaşı, “Çağrı mərkəzi” əlilliyin və ya sağlamlıq imkanları məhdudluğun qiymətləndirilməsinin nəticəsi, habelə ünvanlı dövlət sosial yardımının alınması üçün edilmiş müraciətə baxılmasının cari vəziyyəti barədə məlumat əldə etməyə də imkan verir.

Ümumilikdə yanvar-aprel aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Çağrı mərkəzi” tərəfindən 58362 müraciət cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9904
  • ₽ RUB
    0.0277