SOSİUM

Dövlət İmtahan Mərkəzi ödənişsiz onlayn sınaq imtahanları təşkil edir
04 MAY
231

Dövlət İmtahan Mərkəzi ödənişsiz onlayn sınaq imtahanları təşkil edir

2018-05-04 10:09:00

Bu il "Abituriyent" jurnalının 1-ci sayında dərc edilmiş və ali təhsil müəssisələrinin qəbul imtahanı modelinə uyğun test tapşırığı nümunələrindən ibarət ödənişsiz onlayn sınaq imtahanlarına abituriyentlər rahat şəkildə yazıla və onlara uyğun günün istənilən vaxtında daxil olub biliklərini yoxlaya bilərlər.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Bu barədə Finsa.az-a Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən məlumat verilib.

Abituriyentlər sınaq imtahanında iştirak etmək üçün http://otk.azportalına daxil olub qeydiyyatdan keçməlidirlər. Daha sonra abituriyentlər istədikləri ixtisas qrupunu seçib imtahana yazıla bilərlər.

Qeyd edək ki, onlayn sınaq imtahanlarında istifadə olan test tapşırıqlarının modeli builki qəbul imtahanlarına tam uyğundur.

Abituriyentlərə onlayn imtahan başa çatan kimi imtahan nəticələrini əldə etmək, yenidən test tapşırıqlarına baxmaq, onları təhlil etmək, öz cavabları ilə düzgün cavabları müqayisə etmək imkanı yaradılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9794
  • ₽ RUB
    0.0271