SOSİUM

Bu ilin ən “qoca” abituriyenti – 59 YAŞI VAR
03 MAY
159

Bu ilin ən “qoca” abituriyenti – 59 YAŞI VAR

2018-05-03 17:26:00

Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasındakı kolleclərə sənəd verən ən yaşlı tələbənin 59 yaşı var.

Bu barədə Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarov AzEdu.az-a açıqlaması zamanı deyib.

Onun sözlərinə görə, namizəd 1959-cu il 12 iyun tarixində dünyaya gəlib.

Qeyd edək ki, ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlər üçün sənəd qəbulu aprelin 30-u başa çatıb və 84377 abituriyent elektron ərizəsini təsdiq edib. 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0016
  • ₽ RUB
    0.0276