SOSİUM

İki rayonda –QAZ OLMAYACAQ
03 MAY
401

İki rayonda –QAZ OLMAYACAQ

2018-05-03 09:35:00

Diametri 1220 mm-lik “Astara-Qazıməmməd” magistral qaz kəmərinin 102-103-cü km-lərində avtomobil yolu ilə kəsişən və yeni çəkilərək təhlükəsiz əraziyə köçürülmüş hissəsinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar təmir işləri aparılacaq.

Fins.az “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir ki, təmir müddətində Masallı və Cəlilabad rayonlarının yaşayış məntəqələrinin qaz təchizatında məhdudiyyət yaranacaq.

Yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İB bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9349
  • ₽ RUB
    0.0253