SOSİUM

Naxçıvan əhalisinin sayı artıb
02 MAY
133

Naxçıvan əhalisinin sayı artıb

2018-05-02 09:39:00
Azərbaycan Respublikasında əhalinin siyahıyaalınması Birləşmiş Millətlər Təşkilatının tövsiyələrinə uyğun olaraq hər 10 ildən bir keçirilir. Azərbaycan Respublikasında əhalinin birinci milli siyahıyaalınması 1999-cu, ikinci siyahıyaalınması isə 2009-cu ildə keçirilib.
Fins.az-ın məlumatına görə, Naxçıvan Muxtar Respublikasında 1999-cu ildə keçirilmiş siyahıyaalınmada əhalinin sayı 354 min 72 nəfər, 2009-cu ildə isə bu göstərici 398 min 323 nəfər olub. 2009-cu ildə keçirilmiş siyahıyaalınmada əhalinin 198 min 267 nəfərini və ya 49,8 faizini kişilər, 200 min 56 nəfərini və ya 50,2 faizini isə qadınlar təşkil edib. Əhalinin 115 min 488 nəfəri və ya 29 faizi şəhərlərdə, 282 min 835 nəfəri və ya 71 faizi kəndlərdə məskunlaşıb.

Son illər əhali artımında müsbət miqrasiya ilə yanaşı, yeni doğulanların sayı əsas rol oynamış, muxtar respublika əhalisinin sayı 1 yanvar 2018-ci il tarixə 452 min 831 nəfər olub. Müqayisə üçün qeyd edək ki, birinci və ikinci siyahıyaalınma dövrlərində əhalinin sayı 44 min nəfər artdığı halda,son 8 ildə – yəni 2010-cu ildən ötən dövrdə əhalinin sayı 50 min nəfərdən çox artıb.
© Azvision
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9876
  • ₽ RUB
    0.0249